DTX-nin polkovnikinin əlində qumbara partladı

21.01.2016 11:29     Sosreaksiya     2136

Yeni yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda yerləşən əsas binasında hadisə baş verib.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə təhlükəsizlik xidmətinin əməkdaşları ilə keçirilən təlim zamanı olub.

Xidmətin şöbə rəisi, 1968-ci il təvəllüdlü, polkovnik-leytenant Mustafayev təlim keçən zaman əl qumbarasının zapalı partlayıb.

Mustafayev üz nahiyəsinin yanıq xəsarəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib.

Şərhlər

Çox oxunanlar