Natiq Kərimov danışdı

21.01.2016 11:50     Sosreaksiya     1901

Dövlətə xəyanətdə təqsirləndirilərək barəsində ev dustaqlığı elan edilən Nardaran sakini Natiq Kərimovun səhhətində problem yaranıb.

"Reaksiya" xəbər verir ki, bu barədə Trend-ə N.Kərimov özü məlumat verib.

N.Kərimov bildirib ki, həbsdən azad olunandan sonra səhhətində soyuqdəymə əlamətləri hiss edir: "Evə buraxılandan qızdırmam və titrətməm səngimirdi. Həkimə müraciət etməyi düşünürdüm. Lakin bu gün səhər özümü bir az yaxşı hiss etdim. Ev şəraitində müalicə olunuram".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar N.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail rayon Məhkəməsinin qərarı ilə N.Kərimov barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Şərhlər

Çox oxunanlar