Məşhur holdinqin rəhbəri öldü - Son dəqiqə

21.01.2016 14:23     Sosreaksiya     2872

Türkiyənin məşhur "Koç" şirkətinin İdarə Heyətinin sədri Mustafa Koç vəfat edib.

"Reaksiya" Türkiyə mediasına istinadən xəbər verir ki, vəziyyəti pisləşən Koç ilk öncə Beykoz dövlət xəstəxanasına, oradan isə Amerikan xəstəxanasına çatdırılıb. Burada onun infarkt keçirdiyi və öldüyü məlum olub.

Qeyd edək ki, 55 yaşlı Mustafa Koç zəngin "Koç" ailəsinin üzvüdür. Ölümünü eşidən həyat yoldaşı Karolin Koç, Atası Rəhmi Koç, qardaşı Əli Koç da xəstəxanaya gəlib.

Şərhlər