Aksiya keçirilən bazarda yerpulu 10 faiz azaldıldı
21.01.2016 15:05 Sosreaksiya 1707
Yanvarın 21-də Babək prospektində yerləşən, avtomobil ehtiyat hissələri satılan bazarda bir qrup sahibkar yenidən aksiya keçirib.
"Reaksiya" Azadliq.org-a istinadən xəbər verir ki, onlar yenə icarə haqqının azaldılmasını tələb ediblər. Sahibkarlar manatın yarıbayarı ucuzlaşmasından sonra alıcıların və gəlirlərinin azaldığını bildiriblər.
Elə bu gün bazar rəhbərliyi icarə haqlarını 10 faiz azaldıb.
Şərhlər