İcra Hakimiyyəti sahibkarlarla görüş keçirdi
21.01.2016 15:24 Sosreaksiya 1767
Şabranda sahibkarlarla görüş keçirilib.
"Reaksiya" xəbər verir ki, görüşdə azad sahibkarlığın inkişaf etdirilməsi üçün istər ölkədə, istərsə də rayonda dövlət tərəfindən göstərilən qayğıdan, rayonda sahibkarlıq subyektlərinin sayının artmasından, kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsinin vacibliyindən ətraflı danışılıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov xüsusi vurğulayıb ki, dünyada baş verən maliyyə böhranı üzündən milli manatımız müəyyən qədər devalvasiyaya uğrasa da Prezident İlham Əliyev tərəfindən görülən mühüm tədbirlər ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir. Ölkə başçısının həyata keçirdiyi ciddi tədbirlər sayəsində Azərbaycanda süni qiymət artımının qarşısı qətiyyətlə alınır. Görüşdə çıxış edən sahibkarlar dövlət qayğısından razılıqla danışıblar, müxtəlif təkliflərlə çıxış ediblər.
Şərhlər