“Zeynalovun dediyi əslində şantajdır…” - Sabiq nazir
21.01.2016 16:25 Sosreaksiya 1633
"Reaksiya" prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun "Unikal.org" saytına qısa müsahibəsini təqdim edir:
- Əli müəllim, salam necəsiz? Hazırda hardasınız?
- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.
- Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?
- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.
- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…
- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.
- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?
- Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.
Şərhlər