Qətlə yetirilən şirkət rəhbəri və anası dəfn edildi
21.01.2016 16:43 Sosreaksiya 1939
Bir neçə gün əvvəl Bakıda yaşadıqları evdə qətlə yetirilən Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmova dəfn edilib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, onlar bu gün “Qurd qapısı” qəbiristanlığında xristian adətləri ilə torpağa tapşırılıblar.
Qeyd edək ki, yanvarın 19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Aparılan araşdırmalar zamanı həmin şəxslərin ana və oğul olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Şərhlər