Dayanacaqlardakı pullar hara gedir? - VİDEO

21.01.2016 17:51     Sosreaksiya     1619

“ATV”də xüsusi avtomobil dayanacaqlarından əldə edilən gəlirin hara daxil olması barədə süjet yayımlanıb.

“Reaksiya” xəbər verir ki, gəlirlər dövlət büdcəsinə ödənilməli olduğu halda, heç bir sahibkar buna əməl etmir. Yaxın zamanlarda isə Vergilər Nazirliyi bununla bağlı yoxlamalara start verəcək. Nəqliyyat üzrə mütəxəsssi Mənsur Cəlilov qeyd edib ki, sahibkar qanuna əsasən pulu yerli bələdiyyənin büdcəsinə ödəməlidir: “Rayon ərazisində fəaliyyət göstərən dayanacaqlardan 1500-2000 manata qədər pul yığırıq. Halbuki bütün dayanacaqlar vaxtlı-vaxtında ödənişi etsələr, ay ərzində 15 minə qədər pul yığa bilərik”.

Qeyd edək ki, xüsusi dayanacaqlardan bir avtomobil üçün bələdiyyə büdcəsinə daxil olan vəsait 10-11 qəpik təşkil etsə də, bu vəsaitdən büdcəyə bir qəpik də çatmır.

Şərhlər