Şəhid əsgərlə bağlı məsələdən son xəbər var... - Məsələ öz həllini tapdı

21.01.2016 22:29     Sosreaksiya     2636

Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasiminin keçirilməsi və başdaşının qoyulması ilə bağlı ailəsinin maddi sıxıntı çəkməsi və bunun üçün yerli hakimiyyət orqanlarından yardım ala bilməmələri haqqında bir sıra saytlar, həmçinin, biz xəbər vermişdik.

Reaksiya-nın yenicə əldə etdiyi məlumata görə artıq şəhid əsgərimizin qəbirdaşı və 40 mərasiminin keçirilməsi üçün tələb olunan maddi problem yoluna qoyulub. Aldığıımız məlumata görə məsələ ilə millət vəkili Azay Quliyev şəxsən maraqlanıb. Millət vəkili Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə məsələni müzakirə edib. Artıq İH tərəfindən şəhid ailəsinə zəruri yarıdımın göstərildiyi haqqında millət vəkilinə məlumat verilib.

Şərhlər

Çox oxunanlar