Kredit borcuna görə daha bir intihar
22.01.2016 11:31 Sosreaksiya 1877
Ağdaş rayonunda intihar hadisəsi baş verib.
“Reaksiya” Lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Bildirilir ki, T.Allahverdiyev ailəli, 2 uşaq atası olub. Onun banka xeyli kredit borcu varmış.
Şərhlər