Nardaranda "Bilik evi" yaradılacaq
22.01.2016 11:54 Sosreaksiya 1824
Nardaran camaatının multikultural əhvalı, onların dinə, dövlətə münasibəti istiqamətində bir çox işlər görüləcək.
"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nardaran camaatı ilə söhbətlər aparılacağını deyən K.Abdulla qeyd edib ki, Nardaran sakinləri buna mənən hazırdır: “Bizim həm Nardaranda, həm də Bakının bir çox başqa kəndlərində çox ağıllı ziyalılarımız olub və indi də var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq”.
K.Abdulla Nardaranda “Bilik evi”nin yaradılacağını da əlavə edib.
Şərhlər