Mirşahinin verilişi bu buraxılışlara görə bağlandı - VİDEO

22.01.2016 17:57     Sosreaksiya     2493

Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurası ANS-in efirində yayımlanan “Hesabat” nalitik-informasiya proqramının 1 ay müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.
Reaksiya AzNews.az - a istinadən xəbər verir ki, qurum verilişi 7 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarda televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini əsas gətirərək bu qərarı verdiyini açıqlayıb.

Məlumata görə, ANS televiziyasının 27.12.2015-ci il tarixdə efirə getmiş “Hesabat” analitik-informasiya proqramında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) aşağıdakı fikirləri ifadə edib: “Bu ili ANS böyük basqı və çətinliklərlə başa vurur. Onu bütöv bir il zərrəbindən keçiriblər. Artıq ANS-ə 100 minlərlə manatlıq cərimə hesablanıb. “Kiminə aş, kiminə daşla” siyasəti bizi yenidən dövlət başçısına müraciət etməyə vadar edir. Prezident İlham Əliyev sahibkarlarla rəftarda sabitqədəmliyə, əli və ürəyi təmizliyə çağırır. Biz də sahibkarıq, bizi də qorumaq lazımdır və Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda bizi də qoruyur. Biz heç nə demirik. Sadəcə olaraq dövlət başçısının sahibkarlara müdaxilə, sahibkarlara təzyiq etmək istəyən məmurlara xəbərdarlığını yenə də xatırladırıq.

“Hesabat” analitik-informasiya proqramının 17.01.2016-cı il tarixli buraxılışında aparıcı Mirşahin Ağayev (Milli Televiziya və Radio Şurasının ünvanına ittihamlar səsləndirib: “Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən “mıtırışı” (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa, bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir”.

Sözügedən tarixdə yayımlanmış verilişi aşağıdakı videodan izləyə bilərsiniz:

 

Şərhlər

Çox oxunanlar