ANS-lə bağlı toplantı keçiriləcək - MTRŞ-da

23.01.2016 12:18     Sosreaksiya     1846

Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək.

"Reaksiya" report-a istinadən xəbər verir ki, bu barədə məlumatı MTRŞ yayıb.

Qurumdan bildirilib ki, tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.

Qeyd edək ki, MTRŞ ANS-də yayımlanan və Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. Veriliş fevralın 24-dək yayımlana bilməz.

M.Ağayev buna cavab olaraq yanvarın 22-də mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib. 

Şərhlər

Çox oxunanlar