İcra başçısı 180 sürətlə sürdü - VİDEO
23.01.2016 12:29 Sosreaksiya 1804
Mingəçevir şəhər icra başçısının xidməti avtomobolinin sürət həddini aşması ilə bağlı video yayılıb.
"Reaksiya" AzNews.az-a istinadən xəbər verir ki, 22 yanvar tarixində çəkilmiş videodan görünür ki, icra başçısının avtomobili yol hərəkəti haqqında qanunlara məhəl qoymur. O, sürət həddi 90 km/saat olan yerdə saatda 180 km sürətlə hərəkət edir.
Videonu isə digər maşında olan şəxslər çəkiblər.
Maşını idarə edən və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.
Videonu reportyor.tv yayıb.
Şərhlər