"Hesabat" verilişi ilə bağlı qərar ləğv olundu
23.01.2016 13:01 Sosreaksiya 1871
""Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.
Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.
Şərhlər