XİN-dən intihar edən diplomatla bağlı - Açıqlama

23.01.2016 13:09     Sosreaksiya     1802

Xarici İşlər Nazirliyi İstanbulda intihar etdiyi güman edilən Azərbaycan vətəndaşı Fəxrəddin Əliyevin diplomat olması ilə bağlı məsələyə aydınlıq gətirib. 

"Reaksiya" xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı kimi təqdim olunan Fəxrəddin Əliyev XİN sistemində çalışmayıb.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-lərinin bu gün yaydığı xəbərə görə, F.Əliyev bu gün güllə atmaq üçün poliqona gedib. Poliqonda hədəfləri vuran F.Əliyev sonda özünü öldürüb. Hazırda aiddiyyəti qurumlar hadisənin təfərrüatlarını araşdırırlar.

Şərhlər

Çox oxunanlar