Azərbaycanda qadın nevrapotoloq intihara cəhd etdi

23.01.2016 13:46     Sosreaksiya     2099

 Xaçmaz rayonunda qadın nevrapotoloq intihara cəhd edib. "Report"un məlumatına görə, rayon sakini, 41 yaşlı Mətanət Fikrət qızı İlyasova dirsək nahiyəsində damarlarını iti alətlə kəsib. Yaralı dərhal Xudat şəhər xəstəxanasına çatdırılıb. 

"Reaksiya" "Report"a istinadən xəbər verir ki, M.İlyasova dirsək nahiyəsindəki vena və aorta damarlarının kəsilmiş-deşilmiş yarası diqanozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar