Tələbə qız eyvandan paltar asarkən yıxıldı
23.01.2016 16:52 Sosreaksiya 2210
Bakıda bədbəxt hadisə baş verib. 20 yaşlı qız binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.
“Reaksiya” xəbər verir ki, hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində, Qara Qarayev metrostansiyasının yaxınlığındakı yaşayış binalarından birində qeydə alınıb.
Şəhər sakini 1996-cı il təvəllüdlü Ülkər Aqil qızı Məmmədli yaşadığı evin eyvanından paltar asarkən qəfildən binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ülkər Məmmədli dərhal 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan qızın vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Məlumata görə, binadan yıxılan qız Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsidir.
Şərhlər