Mirşahin Ağayev efirə çıxdı və sərt ifadələr işlətdi - VİDEO
24.01.2016 23:16 Sosreaksiya 1810
ANS-in ötən həftə ən çox müzakirə olunan “Hesabat” proqramı efirə çıxıb. Verilişi daimi aparıcısı, dünən xəxtəxanaya düşən və bu gün evə buraxılan Mirşahin Ağayev aparıb.
Proqrama “Mən yerimdəyəm” deyə başlayan Mirşahin Ağayev bu həftə “Hesabat”ın 1 aylığa bağlanması barədə qərar çıxaran, daha sonra isə qərarın icrasını dayandıran MTRŞ haqqında sərt ifadələr işlədib. O, bildirib ki, qurum ANS-ə qarşı qərəzlidir, toxunulmazlığa iddia edir.
Teleaparıcı verilişin fəaliyyətinin bərpasına görə prezident İlham Əliyevə minnətdarlıq edib.
Mirşahin Ağayev bir daha xatırladıb ki, MTRŞ-ANS qovğasının səbəbi telekanallar üçün ayrılmış vəsaitin hara xərclənməsinin hesabatının verilməsi tələbidir. O, MTRŞ-nı “xəstə qüvvə”, ANS-i və onu dəstəkləyənləri isə “sağlam qüvvə” adlandırıb.
“Hesabat”ın aparıcısı iddia edib ki, ANS-in kütləvi narazılıqları, etirazları sakitləşdirmək səyləri kimlərəsə sərf etməyib və “Heabat”ın bağlanması onların işidir. O, bəzi məmurları “mənəviyyat QKÇP-çiliyi” etməkdə günahlandırıb.
Mirşahin Ağayev şəxsən Nuşirəvan Məhərrəmliyə də müraciət edib: “Bir xarici informasiya qurumunda “Hesabat”ın bağlanması barədə xırda bir xəbər də getmədi. Sovet qlafları ilə dövlətimizin imicini tarmar edən, Azərbaycanı bütün dünyada rüsvay etmək istəyənlərin arzuları gözündə qaldı. Heç kim unutmamalıdır ki, bu, hamımızın dövlətidir. Azərbaycanı bütün dünyada biabır etmək isə yaramaz, Nuşirəvan Məhərrəmli, yaramaz”.
Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.
Şərhlər