Zakir Qaralov Xızıda vətəndaşları qəbul edəcək

25.01.2016 12:30     Sosreaksiya     1411

Azərbaycanın baş prokuroru Zakir Qaralov Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
 
Reaksiya xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, qəbul yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
 
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
 
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

Çox oxunanlar