Azərbaycanın aeroportlarında viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq

25.01.2016 13:13     Sosreaksiya     1522

2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.
 
Reaksiya xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, habelə Yaponiya, Çin, Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Şərhlər

Çox oxunanlar