Axtarma-Paşalı vulkanı püskürüb

26.01.2016 09:01     Sosreaksiya     2102

Yanvarın 26-da gecə saatlarında Azərbaycanın Hacıqabul rayonundakı (Bakıdan 115 kilometr cənub-qərb) Axtarma-Paşalı palçıq vulkanı püskürüb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən açıqlamada bildirlib ki, vulkan Hacıqabul rayonu Udulu kəndi ərazisində baş verib. İnsanlar üçün fəsadları olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vulkan püskürən əraziyə baxış keçirməkdə bavam edir.

Axtarma-Udulu vulkanı Azərbaycanın ən böyük palçıq vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan ilk dəfə 1948-ci ildə püskürüb.

Şərhlər

Çox oxunanlar