Bakının buzlu yollarında avtomobillərin "rəqsi" - VİDEO

26.01.2016 14:51     Sosreaksiya     1329

Buzlu yolda avtobus və maşınlar belə sürüşdü

Bu gün səhər saatlarında Binəqədi rayonunun Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Reaksiya "Report"-a istinadən xəbər verir ki, buz bağlamış yollara qum və duz səpilmədiyindən, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Həmçinin bir neçə avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Şərhlər