«Baku Bus»un avtobuslarını daşlayıb bu hala saldılar - FOTOLAR

26.01.2016 15:13     Sosreaksiya     1826

Şirkətə məxsus 3 avtobus sərnişinlərlə birlikdə daşa basılıb

Vətəndaşa xidmət göstərən istənilən sahədə yeniliklər o zaman uğurla cəmiyyətə inteqrasiya olunur ki, bu prosesin iştirakçıları və dəstəkverici qüvvələri təkcə xidməti təqdim edən qurum deyil, həm də vətəndaşın özü olsun. “BakuBus” olaraq ictimai nəqliyyatda çoxdan gözlənilən yeniliyi, təhlükəsizliyi, sivil sükan idarəçiliyini, səliqəli və komfortlu salonları sərnişinə təqdim edərkən bu işdə ən yaxın dəstəyi elə məhz vətəndaşlardan gözləyirdik. Təəssüflər olsun ki, bu prosesdə yanımızda olan, ümumi işin xeyrinə çalışan vətəndaşlarımızla yanaşı qeyri-müəyyən səbəblə işin gedişatına mane olanlar da tapılır. Son bir ayda dəfələrlə avtobuslarımıza bir qrup şəxs tərəfindən daş atılması yekunda həm dövlət əmlakına ziyan vurulması, həm də sərnişinə bədən xəsarəti yetirilməsi ilə nəticələndi. 23 Yanvar tarixində "Baku Bus"-a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. Zərərçəkən var. Araşdırılma getdiyindən hadisəni törədənlər barədə məlumat verə bilməsək də, məsələnin mahiyyəti ilə əlaqədar sizi məlumatlandırmaq istədik. İçərisi sərnişin dolu avtobusun daşa basılması səbəbinin sırf "zarafat" olduğunu güman etsək, cəzalandırılmayan zarafatların nəticədə vətəndaşa xidmət edən əmlaka ziyan vurması (avtobuslarımızın hissələrinin kifayət qədər bahalı olduqlarını nəzərə alaraq), sərnişinin bədən xəsarətləri alması ilə yekunlaşdığını düşündükcə bu cür neqativ hallara ətrafdakı vətəndaşlar tərəfindən də müdaxilə edilməsini xahiş edirik. İçərisi sərnişin dolu avtobusun şüşələrini daş qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun. “BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyırsınız və törədilən əməl də qanun çərçivəsində sona qədər araşdırılaraq cəzalandırılacaq.

 

Nuridə Allahyarova,

«Baku Bus» ASC-nin mətbuat katibi

Şərhlər

Çox oxunanlar