Dəhşət: Ölü sayı 1400 oldu

29.06.2015 16:26     Sosreaksiya     2373

Pakistanda həddən artıq isti hava şəraiti qurbanlarının sayı durmadan artır.

Pakistanda davam edən dəhşətli istilər can almağa davam edir. Ölənlərin sayı dayanmadan artır. ANS PRESS-in məlumatına görə, günlərdir davam edən isti hava ölkədəki onsuzda pis olan yaşayış səviyyəsini daha da acınacaqlı edib.

İstilər səbəbindən bir çox ərazilərdə elektrik xətləri yanaraq sıradan çıxıb. Ölkədə içməli su qıtlığı yaşanır. Bu da insanların həyatına son qoyur. Rəsmi qeydiyyata görə, ölkədə ölənlərin sayı 1400 nəfəri ötüb. Ən pis vəziyyət isə Sind əlayəti, Karaçi şəhərindədir. 

Hazırda morqda 200-dən çox şəxsiyyəti müəyyən edilməyən meyit var. 200-dən çox meyit də kimsəsiz olduğu üçün ümumi məzarda basdırılıb.

Bəzi bölgələrdə mindən çox insan itkin düşüb. Hələ də, həmin insanların taleyindən heç bir xəbər yoxdur.

İsti hava şəraitinin Ramazan ayı ilə üst-üstə düşməsi vəziyyəti daha da gərginləşdirib. Belə ki, oruc tutan insanlar günün böyük hissəsini mayesiz keçirməli olurlar ki, bu da onların orqanizmdə maye çatışmazlığını daha da artırır. 

Bənzər hadisə ayın əvəllərində Hindistanda da yaşanıb. Bu ölkədə də isti hava qurbanlarının sayı minlərlədir. 











Şərhlər

Çox oxunanlar