Bakıda qəssab faciəli şəkildə öldü

26.01.2016 17:32     Sosreaksiya     1538

Bakida qəssab bədbəxt hadisə nəticəsində ölüb.

Reaksiya bildirir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sabir küçəsi, 11 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən ət dükanında Natiq Abbas oğlu Rəsulov heyvan kəsərkən başına böyük dəmir parçası düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər