Yerüstü keçidin buz bağlaması ölümə səbəb olub

26.01.2016 20:46     Sosreaksiya     1419

Paytaxtda qarlı-şaxtalı hava ölümə səbəb olub. Modern.az saytı xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.

Hadisə yerində olan sakinlərin sözlərinə görə, şəxsiyyəti hələlik dəqiqləşdirilməyən təxminən 55 yaşlı kişi Ziya Bünyadov prospektində yerüstü keçiddən keçmək istəyərkən yıxılıb. Qapalı kəllə-beyin travması alan kişi yerindəcə dünyasını dəyişib.

Nərimanov Rayon Prokurorluğundan Anspress-ə faktı təsdiqləyərək bildiriblər ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Ancaq ölən şəxsin üzərindən şəxsiyyətini təsdiq edən heç bir sənəd çıxmadığı üçün hələlik mərhumun şəxsiyyətini təsdiq etmək mümkün olmayıb. Meyit tibbi müayinə üçün əraziyə cəlb edilən təcili tibbi yardım avtomobili ilə məhkəmə tibbi ekspertizasının Nərimanov rayon şöbəsinə aparılıb.Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xəbərdarləqda bildirilir ki, çovğun olacaq, bəzi yollar buz bağlayacaq.  

Şərhlər