Bakıdakı orta məktəbdə yəhudi bayramı qeyd olunub - FOTOLAR

27.01.2016 12:08     Sosreaksiya     2549

Bu günlərdə yəhudi təqvminə görə Tu Bişvat bayramıdır. Tu Bişvat yəhudi adət ənənəsinə görə ağaçların yeni il bayramdır.

Reaksiya xəbər verir ki, hər il olduğu kimi, bu il də "Tu BiŞvat" bayramını Bakı şəhəhəri, Ağabəy Novruzbəyli adına 46 saylı tam orta məktəbin yəhudi və azərbaycan siniflərinin şagirdləri birgə qeyd etmişlər. 46 saylı məktəbin direktoru Sevinc Budaqova və "Vaad L Hatzolas -Amerika Yəhudləri Təşkilatının sədr müavini Rav Zamir İsayev bayram münasiəbti ilə şagirdləri təbrik etmişlər. Sevinc Budaqova yəhudi azərbaycan xalqlarının dostluğundan danışaraq bayram müanasibəti ilə şagirdləri təbrk etdi. Rav Zamir İsayev bayramın yəhudi təqvimində önəmi və bəşəriyyətə faydasından söz açdı. O çıxında Azərbaycanda olan tolerantlıqdan və yəhudi xalqının burada sülh içində yaşamasından danışdı. Sonda Məktəbin həyəətində bayram münasibəti ilə ağaclar əkildi.

Şərhlər