"BakuBus"ın avtobuslarının daşa basılması ilə bağlı cinayət işi açılıb
27.01.2016 12:19 Sosreaksiya 2244
Yanvarın 23-də "BakuBus" MMC-yə məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb.
Reaksiya “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, hadisə baş verəndən dərhal sonra faktla bağlı Nəsimi rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, lakin hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.
MMC rəsmisi bildirib ki, avtobus sərnişini olan bir xanım bədən xəsarətləri alıb və ev şəraitində müalicə alır: “O, başından və gözündən xəsarət alıb”.
Şərhlər