Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
27.01.2016 13:02 Sosreaksiya 1507
Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək.
Reaksiya xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək. Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 27-dən fevralın 11-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Şərhlər