Hoverbayk ilə ilk uçuş reallaşdırılıb

30.05.2015 14:06     Sosreaksiya     943

Chris Malloyun uzun müddətdir üzərində çalışdığı vertolyot ilə motorsikleti birləşdirən Hoverbayk layihəsi, ilk ortaya çıxdığı zaman olduqca maraq doğurmuşdu. Əsl versiyaya maddi dəstək təmin etmək üçün Kickstarter saytında miniatur Hoverbayk məhsullarının onlayn satışını həyata keçirən və təxminən 65,000 funt toplamağı bacaran Malloy bu satışdan əldə etdiyi gəlirlə Hoverbaykın ilk uçuşunu həyata keçirməyi bacarıb.

Macarıstanda həyata keçirilən uçuş testlərində Hoverbayk təxminən 1 dəqiqə 30 dəqiqə ərzində insanla bir yerdə uçmağı bacarıb və əhəmiyyətli bir kilometr rekordunu geridə qoyub. Ümumi ağırlığının 210 kq olduğu ifadə edilən vasitə, lazımi gücünü 6 ədəd pərvanəli mühərrikindən əldə edir və etibarlı şəkildə yerin enmə nöqtəsində da hər hansı bir problem yaşatmır.

Litium polimer batareyaları sayəsində 15 - 20 dəqiqə arasında şaquli, 30 ilə 40 dəqiqə arasında isə normal uçuşu təqdim edən Hoverbayk, daşıdığı uçuş idarəetmə sistemi fərqli hava şəraitində belə tarazlıqda qala bilir.

Sırada ticari versiyaya yaxın dizaynda ikinci bir prototipi istehsal olunan Hoverbaykn ilk insan uçuş videosunu isə aşağıdan baxa bilərsiniz.

Şərhlər

Çox oxunanlar