Epilepsiya xəstəsi evdə diri-diri yandı - FOTOLAR
27.01.2016 18:49 Sosreaksiya 1584
Mingəçevirdə bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Səhər saatlarında baş verən hadisə şəhərin Bağlar yaşayış massivindəki, Şəfəq küçəsi 23 saylı evdə qeydə alınıb. Cəfərqulu Sadiq oğlu Süleymanova məxsus fərdi evdə baş verən yanğın zamanı ümumi sahəsi 80 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı ev sahibinin oğlu, 1981-ci il təvəllüdlü İqbal Cəfərqulu oğlu Süleymanov yanaraq dünyasını dəyişib. Məlumata görə, 35 yaşlı İqbal Süleymanov epilepsiya xəstəsi olub və hadisə zamanı evdə köməksiz vəziyyətdə qalaraq yanıb.
Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır. (Region TV)
Şərhlər