TQDK saxta nəşrlərlə bağlı əhaliyə müraciət edib

28.01.2016 11:09     Sosreaksiya     1173

“Son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıb”.
 
Reaksiya xəbər verir ki, bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: “Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır”.
 
Qeyd olunub ki, belə üsulla hazırlanmış saxta nəşrlərdən biri də şəkildə təqdim olunan 2015-ci ildə nəşr edilmiş "Test toplusu 1994-2015" seriyasından Azərbaycan dili fənni üzrə test toplusunun II hissəsidir: “Bu saxta nəşrin üzlüyündə belə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adı düzgün yazılmayıb. Nəzərinizə çatdiririq ki, bu çür saxta nəşrlərin məzmununa görə TQDK məsuliyyət daşımır”. 

Şərhlər

Çox oxunanlar