“Donuz qripi” ilə bağlı “Azərbaycan Dəmir Yolları” və Bakı Metropolitenində dezinfeksiya işləri aparılacaq
28.01.2016 11:27 Sosreaksiya 1233
“Dezinfeksiya işlərinin aparılması ilə əlaqədar Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmişik”.
Reaksiya xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib.
O qeyd edib ki, dezinfeksiya işləri “donuz qripi” təhlükəsi ilə əlaqədar aparılacaq: “Biz qabaqlayıcı tədbirlər görürük. Gözləməməliyik ki, xəstəlik baş versin. Artıq həmin qurumlara müraciət etmişik. Onlar da bu məsələyə baxır. Çox güman ki, dezinfeksiya tədbirləri görüləcək”.
Qeyd edək ki, “donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb. Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripixəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.
Şərhlər