Nardaranda növbəti əməliyyat - avtomobildə partlayıcı qurğu aşkarlandı

28.01.2016 11:37     Sosreaksiya     1561

Nardaran qəsəbəsinə avtomobillə partlayıcı qurğular keçirməyə cəhd edən şəxs yaxalanıb. 
 
“Reaksiya” "Trend"-ə istinadən xəbər verir ki, Nardaran qəsəbəsi sakini Elğün Hüseynovun "Vaz" markalı avromobilinə baxış keçirilərkən avtomobildən 6 ədəd kustar üsulla hazırlanan "molotov kokteyl" qurğusu aşkar edilib.
 
Hadisə Nardaran qəsəbəsi Ş.Tuti küçəsi, 71-də baş verib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Avtomobil sahibi E.Hüseynov Kürdaxanı qəsəbəsində saxlanılıb. Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb.
 
Sabunçu rayon Polis İdarəsi faktı təsdqləyib.

Şərhlər