Milli Məclisin qarşısında bir nəfər özünü yandırmaq istədi

28.01.2016 15:24     Sosreaksiya     1478

Bakıda intihara cəhd olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Milli Məclisin qarşısında qeydə alınıb. 40-45 yaşlarında naməlum kişi üzərinə yanacaq məhlulu tökərək özünü yandırmaq istəyib. Ərazidə olan polis əməkdaşları dərhal müdaxilə edərək intihara cəhdin qarşısı alıblar.

Səbail Rayon Polis İdarəsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda onun 9-cu Polis Bölməsində ifadəsi alınır.

İntihara cəhd edən şəxsin kimliyi hələlik açıqlanmır.

Şərhlər

Çox oxunanlar