Sumqayıtda "Karvan" ticarət mərkəzində aksiya - FOTOLAR

28.01.2016 16:06     Sosreaksiya     2899

Sumqayıt şəhərininə "Karvan" ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirib. 

Xeberle.com məlumat verir ki, səhər saatlarında başlayan aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olması ilə bağlıdır. Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, Ticarət departamentinin məsul şəxsləri gəlib. 

Əldə etdiyimiz son məlumata görə, artıq "Karvan" TM-in rəhbərliyi aksiyaçılara güzəştə gedib. Rəhbərlikdən bildiriblər ki, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edir və vergilərdən azad olunurlar. Lakin buna inanmayan icarədarlar hələ də aksiyanı davam etdirirlər. 

Şərhlər

Çox oxunanlar