Tələbə qızı zorlayan şəxsin atası: “Edam etsələr ipini özüm çəkərəm”

28.01.2016 17:12     Sosreaksiya     2647

İstanbulda 19 yaşlı tələbə qızı zorlayan şəxsin atası oğlunu 20 il öncə sildiyini bildirib.

Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvarın 26-sı gecə saatlarında İstanbulun məşhur Bağdad küçəsində 32 yaşlı iki uşaq atası Cengiz adlı şəxs19 yaşlı tələbə qızı zorlayıb.

Bıçaqla təhdid edərək gənc qıza təcavüz edən şəxs polisə ifadəsində qızı zorlamadığını deyib:

“Gənc bir qızla normal şəkildə tanış oldum. Tanışlığımız sırada öpüşdük. Olduğumuz yerə yaxın bir yerdə sakit bir küçə var idi. Məni oraya apardı”, - deyə təcavüçü ifadəsində deyib.

Cengiz ifadəsindən sonra həbs edilərək həbsxanaya salınıb.

Hadisədən sonra mətbuata danışan Cengizin atası deyib ki, onun elə bil oğlu yoxdur:

“Mən Cengizi 20 il öncə silmişəm. Mənim 62 yaşım var. Bu dövlətə 29 il namusumla, şərəfimlə xidmət etmişəm. Ətrafımızda, ailəmizdə hər kəs bu hadisəyə görə üzgündür. Biz bunlara layiq deyildik. 20 ildir bu uşaq belədir”, - deyə təcavüzçünün atası deyib.

Oğlunun iki dəfə ailə həyatı quran ata sözlərinə əlavə edib ki, hər evliliyindən bir uşağı olduğunu və ikinci evlilikdən olan uşağa indi onların baxdığını deyib:

“13 il öncə evləndi, 4 ay sonra ayrıldı. O evlilikdən 1 uşağı var. 5 il öncə ikinci dəfə evləndi. 2 il sonra ayrıldı. Həmin evlilikdən də 1 uşağı oldu. İkinci uşağa biz baxırıq. Heç nə deyə bilmirəm. Allah onu islah etsin. Ən ağır cəzanı versinlər”.

Şərhlər

Çox oxunanlar