Android M təqdim olunub

30.05.2015 14:54     Sosreaksiya     963

Android M nədir?

 

Amerika texnologiya nəhəngi Google, yeni mobil əməliyyat sistemi 'Android M' ilə 'Android Pay'i bu günlərdə rəsmən təqdim edib. Texnologiya şirkəti San Fransisko şəhərində təşkil edilən Google I / O 2015 tədbiri zamanı yeniliklərini tanıdıb.

Google yeni əməliyyat sistemində minlərlə səhvi düzəltdiklərini, sistemin daha keyfiyyətli hala gətirildiyini bildirib.

Günlərdir maraqla gözlənilən yeni versiyası 'Android M' ilə birlikdə barmaq izi yoxlaması daha funksional hala gələ bilər. Bu sayədə Android istifadəçisi, barmaqlarından istifadə edərək Google play vasitəsi ilə ödəmə həyata keçirəcək və cihazların kilidini daha asan aça biləcək.

Yeni sistemin tam versiyası isə bu ilin sonuna kimi hazır olacaq. Yeni sistemdə, hər hansı bir tətbiqdə səsli mesaj göndərmək istədiyiniz zaman, bir dəfə tətbiq icazələrini lazımlı icazələri verdiyinizdə tətbiq bir daha sizə mikrofon istifadəsi üçün icazə istəməyəcək. Bu tətbiq kamera və digər mobil qurğular üçün də etibarlı olacaq.

Google, 'Android M' ilə birlikdə Wallet tətbiqini də yeniləyərək Apple Pay'e rəqib olaraq Android Pay sistemini də təqdim edib. Android Payın mobil ödəmə sahəsində Apple Payə rəqib olması və mağazalarda rahat ödəniş etmə imkanı hədəflənir. Google, Android Pay üçün öz barmaq oxucusunu inkişaf etdirəcək.

Android Pay Android KitKat və daha sonrakı versiyalarda və bütün Androidli cihazlarda istifadə ediləcək.Diğer tərəfdən HD keyfiyyətdə sərhədsiz və pulsuz foto storage haqqı təqdim edən yeni Google Photos (Foto şəkil) tətbiqi bu gündən etibarən Android, iOS və web platformalarında istifadəyə təqdim ediləcək.

Şərhlər

Çox oxunanlar