Abşeronda 23 yaşlı oğlan sevgilisini bıçaqlayıb

29.01.2016 12:04     Sosreaksiya     1204

Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Reaksiya xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şamil Məhərli qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Aysel Fətəliyevanı bıçaqlayıb. A. Fətəliyeva xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən Ş. Məhərli tutulub, faktla bağlı araşdırma aparılır.

Şərhlər