Azərbaycanda bələdiyyələrə yeni səlahiyyətlər verilə bilər

29.01.2016 12:16     Sosreaksiya     1068

Azərbaycanda bələdiyyələrə yeni səlahiyyətlər verilə bilər.
 
Reaksiya xəbər verir ki, Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm işlər görüləcək: “Keçən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb, bu müsbət məsələ olsa da onun icrasında müəyyən çətinliklər var. Bununla bağlı hazırda müəyyən tədbirlər görülür. Təkliflər hazırlanır. Təkliflər odur ki, bələdiyyələr vergiləri alanda onların vergi verənə bir təsir mexanizmi olsun. Bu məsələ ətrafında düşünülür”.
 
A.Rəhimzadə əlavə edib ki, bələdiyyələrin qeyri-hərrac yolu ilə mövsümi istifadəsi üçün torpaqların icarəyə verilməsi məsələsi gündəlikdə yer alıb. Onun sözlərinə görə, bununla bağlı müəyyən addımlar atmaq müəyyənləşdirilib.

Şərhlər

Çox oxunanlar