Bakıda avtobusu daşa basanlar tutuldu

29.01.2016 12:28     Sosreaksiya     1614

Bakının mərkəzində "BakuBus"un 14 saylı marşrutu üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusunu daşa basan şəxslər saxlanılıb. Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Abdulla Novruzov və Mircavad Məmmədov yaxalanıb.
 
"Reaksiya"  "Lent.az"-a istinadən xəbər verir ki, məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
 
Qeyd edək ki, Nəsimi rayonu ərazisində, Dilarə Əliyeva küçəsində avtobusun daşa basılması nəticəsində onun şüşələri sınmış və bir nəfər xəsarət almışdı.

Şərhlər

Çox oxunanlar