Azərbaycanda sürüşməyə meylli ərazilərin atlası hazırlanıb

29.01.2016 13:02     Sosreaksiya     1001

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası tərəfindən Azərbaycan respublikasının regionlarında sürüşməyə meylli ərazilərin atlası hazırlanıb. 
 
Reaksiya xəbər verir ki, bu barədə APA-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, atlasa ölkədəki bütün sürüşmə sahələri daxil edilib.
 
Ə. Qaralov qeyd edib ki, atlasda sürüşmə sahələrinin konturları, coğrafi koordinatları verilib: "Atlas Nazirlər Kabineti tərəfindən təsdiqlənib, artıq aidiyyəti qurumlara təqdim edilib. Sabah həmin ərazidə tikinti işləri aparılanda atlas əyani vəsait kimi onların əllərinin altında olacaq”.

Şərhlər

Çox oxunanlar