Qızını zorlayıb, arvadına işgəncə verən kişiyə 15 il cəza

29.01.2016 13:31     Sosreaksiya     2428

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı qızını zorlamaqda təqsirləndirilən 1960-cı il təvəllüdlü Malik Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Reaksiya Teleqraf.com -a istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsriləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Malik Mirzəliyev 15 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Malik Mirzəyev 17 yaşlı qızı Samirəni (ad şərti verilib) zorlayıb. O, həmçinin həyat yoldaşına da işgəncə verib.  Malik Mirzəyev Cinayət Məcəlləsinin 149-cu (zorlama), 150-ci (seksul hərəkətlər etmə) və 133-cü ( işgəncə vermə) maddələri ilə təqsirli bilinib.  - See more at: http://teleqraf.com/news/85464#sthash.LGS45yiY.dpuf

Şərhlər

Çox oxunanlar