Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
29.01.2016 13:47 Sosreaksiya 1081
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin 2015-ci ilin payız sessiyasında gördüyü işlər barədə hesabat, eyni zamanda 2016-cı ilin yaz sessiyası üçün iş planı müzakirə olunub.
"Reaksiya" "Report"-a istinadən xəbər verir ki, gündəlikdə yer alan məsələr barəsində komitə sədri Arif Rəhimzadə məlumat verib.
O bildirib ki, Milli Məclisin ötən sessiyası dövründə komitənin 4 iclası keçirilib və 10-u qanun layihəsi olmaqla 12 məsələ müzakirə edilib.
2016-cı ilin yaz sessiyası ərzində komitənin işlər planına gəlincə. A.Rəhimzadə qeyd edib ki, vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması, bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi, eləcə də inzibati ərazi bölgülərində qismən dəyişikliklər edilməsi barədə qanun layihələrinin işlənib hazırlanması komitənin qarşısında duran əsas məsələlərdir.
İclasın gündəliyində "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"ında dəyişiklik edilməsi barədə" qanun layihəsi də yer alıb. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qoşadizə kəndi inzibati ərazi vahidi kimi ləğv olunduğundan "Azərbaycan Respublikası bələdiyyələrnin siyahısı"ndan çıxarılacaq.
Komitə üzvləri 2015-ci il payız sessiyası ərzində görülən işlər barədə hesabatı, eyni zamanda qarşıda duran məsələləri məqbul sayıblar.
Şərhlər