“Facebook” Afrikada ilk ofisini açıb
30.06.2015 12:56 Sosreaksiya 2067

Dünyanın ən məşhur şəbəkələrindən olan “Facebook” Afrika qitəsindəki ilk ofisini Cənubi Afrika Respublikasının ən böyük şəhəri Yohannesburqda açıb.
“Facebook”dan verilən açıqlamada, ofisin Afrika qitəsindəki müəssisələrə xidmət verəcəyi ifadə edilərək, şirkətin Afrikada olan kiçik müəssisələrin yerli və regional böyüməsinə yardım etmək hədəfinin əhəmiyyətli parçasını meydana gətirdiyi ifadə edilib.
Yerlilər “Facebook”un həqiqi olduqlarına heç cür inandıra bilmir
Afrika Ofisinin “Facebook”un Afrikada yaşayan insanlar üçün davam edəcək sərmayələrinin də ilk addımını meydana gətirdiyinə dair verilən açıqlamada, bunlar qeyd edilib:
"Afrikada formalaşacaq “Facebook” satış qrupu, prioritet olaraq Keniya, Nigeriya və Cənubi Afrikadan ibarət Səhra Altı Afrika bölgəsinə yönələcək. “Facebook” qrupları, bütün qitədəki reklam verənlər və istifadəçilər üçün lokallaşdırılmış həll variantları təqdim etmək üçün ictimai nüfuzları, mobil telefon operatorları, agentliklər və digər əlaqədar qurumlarla iş birliyi quracaqlar".
Şərhlər