Efiopiyada quraqlıq: - əcəl zəngləri çalınır - VİDEO

29.01.2016 19:33     Sosreaksiya     2729

Efiopiyada son yarım əsrdə görülən ən böyük quraqlığın təsirı altında qalıb ölümlə burun buruna gələn milyonlarla insan köməyə möhtacdırlar.

Dünya Qida Proqramı quraqlığın ölkədə yol açdığı ərzaq çatışmazlığının aradan qaldırılması üçün təcili olaraq ən az 500 milyon dollara ehtiyac olduğunu bildirib.

“Uşaqları qoruyun” təşkilatının (“Save The Children”) Efiopiya rəsmisi John Gram da fəlakətin səbəb olduğu problemlər qarşısında beynəlxalq ictimaiyyətin sinifdə qaldığını bu sözlərlə ifadə edib:

"Beynəlxalq cəmiyyətin bu məsələdə çox ləng  davrandığını görürük. Suriyadakı müharibə ya da qaçqın axını kimi bir biriylə yarışan böhranların gündəmdə olduğunun fərqindəyik, ancaq Efiopiyada quraqlıqdan təsirlənənlərin sayı da digər zamanlara görə, xüsusilə 1984-cü ildə yaşanan quraqlığa görə  daha çox olsa da, Efiopiyaya kifayət qədər maraq göstərilmir".

Təşkilat Efiopiyadakı quraqlıqla Suriyadakı müharibənin yol açdığı insanlıq dramının eyni ölçülərdə olduğunu vurğulayıb.

Xalqın 80% - nin əkinçilik və heyvandarlıqla məşğul olduğu ölkədə, yağışların azalmasının və həddindən artıq istilərin səbəb olduğu quraqlıq rəsmi rəqəmlərə görə indiyə kimi ən az 10 milyon 200 min nəfərin həyatını acınacaqlı vəziyyətə salıb.

Şərhlər