Ər arvadını bıçaqladı - Bakıda və Şəmkirdə

29.01.2016 19:35     Sosreaksiya     1897

Şəmkirdə bıçaqlanma olub. Ər öz həyat yoldaşını bıçaqlayıb. Şəmkir Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Kənd sakini 1986-cı il təvəllüdlü Elşanə Vaqif qızı İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına gətirilib. Dərhal üzərində cərrahiyyə əməliyyat edilən qadının vəziyyəti orta ağırdır və hazırda cərrahiyyə şöbəsində müayinəsi davam etdirilir.

Aparılan araşdırmalar nəticəsində 30 yaşlı qadının həyat yoldaşı 1977-ci il təvəllüdlü Ramin Əkbərov tərəfindən bıçaqlandığı məlum olub. İstinaqa ifadə verən R. Əkbərov həyat yoldaşı ilə arasında mübahisə yarandığını və əsəbləşərək belə bir addıma əl atdığını bildirib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. Mübahisə yaşayan ailənin 3 övladı var.

Bənzər hadisə yanvar ayının 6-da Bakıda qeydə alınıb. Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü İlham Zakir oğlu Qurbanov həyat yoldaşı 1985-ci il təvəllüdlü Mədinə Ramiz qızı Qurbanovanı bıçaqlayıb. Daha sonra bununla ürəyi soyumayan 31 yaşlı kişi qayınanası 1961-ci il təvəllüdlü Çimnaz Məşədibaba qızı Əliyevanı və baldızı, 1986-ci il təvəllüdlü Aynurə Ramiz qızı Əliyevanı da çoxsaylı bıçaq zərbələri endirərək bıçaqlayıb.

Hər üç yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəni törədən İlham Qurbanov isə hadisədən sonra Sabunçu Rayon İdarəsinin 14-cü polis bölməsinə gələrək könüllü təslim olub.

Şərhlər

Çox oxunanlar