Kazan Federal Universiteti iqtisadiyyat üzrə olimpiadada iştirak etmək üçün qeydiyyatın vaxtını uzadıb

29.01.2016 20:55     Sosreaksiya     2035

Kazan (Privoljye) Federal Universiteti (KFU) MDB ölkələri məktəblilərinin iqtisadiyyat üzrə olimpiadada iştirak etməsi üçün qeydiyyatın vaxtını martın 4-dək uzadıb.

Reaksiya xəbər verir ki, bu məlumat AZƏRTAC-a Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyindən verilib.

Xatırladaq ki, olimpiadada iştirak etmək üçün yaxın xaric ölkələrinin buraxılış siniflərinin şagirdləri dəvət edilir.

Kazan (Privoljye) Federal Universiteti ilk beynəlxalq olimpiadanı İdarəçilik, İqtisadiyyat və Maliyyə İnstitutuna 38.04.01 “İqtisadiyyat”, 38.04.02 “Menecment”, 38.04.03 “Heyətin idarə olunması”, 38.04.04 “Dövlət və bələdiyyə idarəçiliyi”, 38.04.08 “Maliyyə və kredit”, 05.04.02 “Coğrafiya” ixtisasları üzrə magistraturaya qəbul olunmağı planlaşdıran bakalavr və ixtisas proqramlarının məzunları üçün keçirir.

Olimpiadada iştirak etmək üçün yaxın xaric ölkələrinin tələbələri dəvət edilir. Olimpiadada iştirak etmək pulsuzdur, lakin iştirakçılar müəyyən olunmuş müddətdə mütləq universitetin korporativ portalında (saytında) “Tələbə olacağam” adlı sosial-təhsil şəbəkəsində (http://abiturient.kpfu.ru) qeydiyyat prosedurunu keçməlidirlər. Qeydiyyat 2015-ci il dekabrın 28-dən 2016-cı il martın 4-dək http://abiturient.kpfu.ru saytında aparılır.

Olimpiada fevralın 25-dən martın 20-dək onlayn-testləşdirmə rejimində keçiriləcək. Olimpiadada internetə qoşulmuş istənilən kompyuter vasitəsilə iştirak etmək olar.

İqtisadiyyat üzrə internet-olimpiadadan uğurla keçmiş iştirakçılar KFU-ya daxil olmaq üçün əyani testləşdirməyə dəvət ediləcəklər. Bu testləşdirmə iştirakçıların yaşadıqları ölkələrdə xüsusi qrafik üzrə keçiriləcək (iştirakçıların siyahısı, habelə əyani testləşdirmə keçirilməsinin ətraflı qrafiki fevralın 17-də http://abiturient.kpfu.ru saytında dərc ediləcək).

Daha ətraflı məlumatı http://abiturient.kpfu.ru saytından əldə etmək olar.

Şərhlər

Çox oxunanlar