Bu telefonlarda elektrikə ehtiyac olmayacaq!

29.01.2016 21:50     Sosreaksiya     2509

 

Kabelsiz şarj funksiyası, son bir neçə ildə ağıllı telefonlarda edilən ən həyəcan verici yeniliklərdən biridir. İndiyə kimi kabelsiz şarj texnologiyasını telefonlarında istifadə etməyən “Apple” artıq bunun vaxtının gəldiyini düşünür.

“Bloomberg” xəbər agentliyi etibarlı mənbəyə istinadən xəbər verir ki, gələcəkdə “iPhone”larda bugünkü kabelsiz şarj texnologiyasının daha inkişaf etmiş bir versiyası istifadə edilə bilər. Qaynaqların iddiasına görə “Apple” şarj səthindən bir az daha uzaq məsafədən şarj etməyə icazə verən bir texnologiya üzərində çalışır. Firmanın bazardakı kabelsiz şarj cihazı çox da maraqla qarşıılanmamışdı. “Apple” rəsmilərindən Phil Schiller iPhone 5 - in təqdimatında kabelsiz şarja, yeni şarj səthinə ehtiyac duyduqlarını, bunun isə işləri asanlaşdırmadığını demişdi. Şillerə görə çıxışa bağlanacaq başqa bir cihaz telefon şarj olunmasını daha çətinləşdirir.

Kabelsiz şarjı istifadə cihazların ümumiyyətlə doldurulması səthinə dəymədən ya səthə çox yaxın olması vacibdir. Cihaz kənarlaşdırıldıqda isə o zaman da böyük bir güc itkisi yaşanır. “Apple”nin bu problemi necə həll edəcəyi bilinmir, ancaq firma bunu bacarsa yeniliyi iPhone 7də belə görmə ehtimalımız var.

Şərhlər

Çox oxunanlar